Bu qanuna 10 maddə üzrə 40 dəyişiklik təklif edilib
“İNFONEWS” xəbər verir.
“Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda təsdiqlənib.
Qanun layihəsi Milli Məclisin aprelin 26-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Qanuna ümumilikdə 10 maddə üzrə 40 dəyişiklik təklif edilib. Sənədə kişilərin və qadınların pensiyaya çıxma yaşının unifikasiyası, çoxuşaqlı ailələrə güzəştlərin artırılması, eyni zamanda, pensiyaya çıxma şərtlərinin sadələşdirilməsi, pensiyanın bir növündən digərinə keçidin, daha tez pensiyaya çıxma hallarının genişləndirilməsi kimi müddəalar təklif olunub.
Qanun layihəsində sonradan hərbi xidmətə qəbul edilmiş pensiyaçı hərbi rütbəli şəxslərin pensiyasının son təminat xərcliyinə görə yenidən hesablanaraq artırılması, ailə başçısını itirmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, ailə başçısına şəhid statusu verildiyi tarixlə müraciət olunan tarix arasındakı müddət üzrə də pensiya məbləğinin ödənilməsi kimi müddəalar da nəzərdə tutulub.