Küçədə motosikletçini döyən məmur HƏBS EDİLDİ
“İNFONEWS” xəbər verir.
Bakıda yol vermədiyi üçün moped sürücünə güc tətbiq edən Sultan Dadaşov məhkəmə qarşısına çıxarılıb.
Məhkəmənin qərarı ilə Sultan Dadaşov inzibati qaydada 25 sutka müddətinə həbs edilib.
Qeyd edək ki, S.Dadaşov əvvəllər Prezident Sarayının təminat şöbəsinin müdiri olub. O, 2022-ci ilin əvvəlində vəzifəsindən azad olunaraq Prezidentin İşlər İdarəsində inzibati xarakterli sıravi işə keçirilib.