Kəmaləddin Heydərov yanğınla bağlı açıqlama verdi

Kəmaləddin Heydərov yanğınla bağlı açıqlama verdi

Ümumilikdə 5000 kv. metr ərazi yanıb. 4000 kv. metr ərazidə yanğının lokallaşdırılması işləri aparılıb. Digər 1000 kv. metr ərazidə lokallaşdırma işləri aparılır. Hal-hazırda ərazidə yanğın nəzarət altına alınıb.

“İNFONEWS” xəbər verir ki, bu fikirləri Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov “Azərsun Sənaye Parkı”nda baş verən yanğınla bağlı hadisə yerində Media nümayəndələrinə açıqlamasında deyib.

Nazir yanğının qarşısının alınması üçün mübarizə aparan yanğınsöndürənlərin fədakarlığını da xüsusi vurğulayıb.

O, açıqlamasında yanğınsöndürənlərin çox böyük qəhrəmanlıq göstərdiklərini deyib:

“Belə bir alovun içinə girmək çox çətindir. Bu gün yanğınsöndürənlərimiz, və pilotlarımnız çox böyük qəhrəmanlıq göstərdilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir