“Prezident yanğınsöndürmənin gedişi haqqında mütəmadi məlumatlandırılır”

“Prezident yanğınsöndürmənin gedişi haqqında mütəmadi məlumatlandırılır”

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Sumqayıtda baş vermiş yanğınla bağlı açıqlama verib.

“İNFONEWS” xəbər verir ki, nazirin verdiyi açıqlamaya görə, qaynar xəttə edilmiş çağırışdan cəmi 9 dəqiqə sonra ilk yanğınsöndürən maşın hadisə yerinə çatıb.

“Yanğının miqyası nəzərə alınaraq əraziyə helikopterlər cəlb olunub. İlkin ehtimala görə, yanğın karton tullantılarından başlayıb. Müəssisənin özünün kamerasında bunlar əks olunub. Azərbaycan Respublikasının Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən istintaq getdiyi üçün bütün məlumatları verə bilmirəm. Hadisə çox ciddi olduğundan prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevaya məlumat verilib. Prezident yanğınsöndürmənin gedişi haqqında mütəmadi məlumatlandırılır” – deyə nazir vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir