XTQ: “Düşmənlərimizi hər zaman, hər yerdə məhv etməyə daim hazır olacağıq”
“Cənab Müzəffər Ali Baş Komandan, mən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin görünməyən fədailəri olaraq, “bordo beretlilər” və “mavi beretlilər” adından söz verirəm ki, Azərbaycan dövlətinin və xalqının maraqları naminə düşmənlərimizi hər zaman, hər yerdə məhv etməyə daim hazır olacağıq.
Xüsusi Təyinatlı Qüvvələr üçün dövlətimizin və xalqımızın qüruru müqəddəsdir. Vətən uğrunda qanımızdan və canımızdan keçməyə həmişə hazırıq”.
İNFONEWS xəbər verir ki, bunu Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) mənsubu XTQ-nin yaradılmasının 23-cü ildönümü münasibətilə keçirilən tədbir zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin qarşısında deyib.
Əzizə Əliyeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır