İntihar edən 8 yaşlı uşağın planşetində ŞÜBHƏLİ YAZILAR TAPILIB
“İNFONEWS” – a verilən məlumata görə, intihar edən 8 yaşlı uşağın planşetində şübhəli yazılar tapılıb.
Qeyd edək ki, hadisə ötən gün Nəsimi rayonu N.Şahbazov küçəsində yerləşən evdə qeydə alınıb.
Baş verən hadisədən dərhal sonra müstəntiqlər mənzilin oyun otağında uşağın planşetini maddi sübut kimi götürüblər. Mobil cihazın qalereya bölməsində insanları zorakılığa sövq edən qorxulu animasiyalar və şəkillərlə yanaşı, “Ölüm üçün 3 gün” (“3 days to die”) şəkilləri, eləcə də digər oyun və mobil tətbiqləri aşkar edilib. Həmçinin planşetin “Samsung Notes” bölməsində “Salam, mən Anabellayam və səni bu gecə öldürəcəyəm” mesajı tapılıb.
Toplanmış bütün faktlara əsaslanaraq, Cinayət Məcəlləsinin “Özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi başlanıb.