Zelenski və Conson arasında telefon danışığı olub
Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.
İNFONEWS xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski tviterdə bildirib.
Tərəflər blokadaya alınmış Mariupoldakı vəziyyət haqqında fikir mübadiləsi aparıb.
Həmçinin Ukraynaya müdafiə dəstəyi və sülhə nail olmaq üçün lazımi diplomatik səylər müzakirə edilib.
Əzizə Əliyeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır