Ölçüyə gəlməyən, dəyərlilər – FƏXRİ AĞAYEV

Ölçüyə gəlməyən, dəyərlilər – FƏXRİ AĞAYEV

“İNFONEWS” komandası tanınmış peşəkar idarəçi, biznes konsultant, Azərbaycanda iqtisadiyyat, biznes, idarəçilik, effektivlik mövzularında çoxsaylı məqalə və kitabların müəllifi, bloger, eləcə də liderlik, natiqlik, zamanın idarəedilməsi və idarəçiliyin əsasları mövzularında peşəkar təlimçi Fəxri Ağayevin “Peşəkar karyera” dəyirmi masasında iştirak edib, Müqəddəs Ramazan ayı münasibəti ilə iftar süfrəsinin dəvətli qonaqları olub.

Bəzi insanlar var ki, onlar haqqında, fəaliyyətləri barədə yazmağa çətinlik çəkirik. Çünki bu şəxsiyyətlərin peşəkarlığı, biliyi, təcrübəsi…ən əsası isə, digərinin həyatına təsiri, insanda dəyişiklik yaratmaq, insanı daha mənalı həyat missiyasına dəvət etmək gücü çox  böyükdür və bu “qiymətsiz”, dəyərli, brend insanlar barədə yazmaq mümkünsüz olur.

Eləcə də, bizim “MÖHTƏŞƏMLƏR”siyahımızın ilk pilləsində yer alan Fəxri Ağayev barədə nə yaza bilərik ki…

Bir kəlmə FƏXRİ AĞAYEV!

Fəxri bəyin qonağı olmaq, təlimində iştirak etmək və Mübarək Ramazan ayında iftar süfrəsinə dəvət almaq – hər bir qonağa fərdiliklə verdiyi bu enerji və inkişaf stimulunu hansı ölçüyə salıb, yazıya çevirək…?

“İNFONEWS” komandası olaraq, Fəxri Ağayevə möhkəm can sağlığı,  gördüyü bütün işlərində uğurlar arzulayırıq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir