Bu gündən Azərbaycanda maska tələbi ləğv edilib

Bu gündən Azərbaycanda maska tələbi ləğv edilib

Bu gündən Azərbaycanda maska tələbi ləğv edilib.

İNFONEWS xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti aprelin 22-də qərar verib.

Qərara əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv olunub.

Eyni zamanda, bu gündən Azərbaycanın beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.

 

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir