Dünən doğum günü olan on yeddi yaşlı gənc qız intihar edib

Dünən doğum günü olan on yeddi yaşlı gənc qız intihar edib

“İNFONEWS” – un əməkdaşının hadisə yerindən verdikləri məlumata görə, 17 yaşlı Xumar Babayeva özünü yaşadığı, Bakının Xətai rayonu Q.Məmmədov küçəsi, 67-85 ünvanında yerləşən çoxmərtəbəli binanın 7-ci mərtəbəsindən ataraq, intihar edib.

Məktəbli Xumar Babayeva əvvəlcə, binanın 10-cu mərtəbəsinə çıxıb, daha sonra 7-ci mərtəbəyə enərək, buradan özünü yerə atib. Nəticədə o, binanın qarşısında dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üstünə düşüb.

17 yaşlı Xumar aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. N.Zahidov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Binanın sakinləri Xumarın dərslərini yaxşı oxuyan bir şagird olduğunu deyiblər. Diqqəti çəkən məqamlardan biri də Xumar Babayevanın təvəllüdüdür ki, o, 2 may 2005-ci ildə dünyaya gəlib, yəni dünən onun doğum günü olub.

Hadisə yerinə Xətai rayon 36-cı Polis bölməsinin əməkdaşları və prokurorluq əməkdaşları gəlib.

Faktla bağlı araşdırma aparılır.

Fariz Faiqoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir