Qazaxıstan Prezidenti Türkiyəyə səfər edəcək
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyəyə rəsmi səfər edəcək.
İNFONEWS TASS-a istinadən xəbər verir ki, bu barədə onun mətbuat xidmətindən bildirilib.
Səfər çərçivəsində Tokayev həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Səfərin mayın 10-11-də baş tutacağı gözlənilir. Dövlət başçıları ikitərəfli əlaqələri və regional məsələləri müzakirə edəcəklər.
Əzizə Əliyeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır