Özünü binadan atan məktəbli qızın intihar səbəbi AÇIQLANDI
“İNFONEWS” xəbər verir.
Ötən gün Xətai rayonunda binadan özünü ataraq intihar edən 2005-ci il təvəllüdlü Xumar Babayevanı tutmağa çalışarkən ağır xəsarətlər alan Zahid Niyazovun vəziyyəti açıqlanıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova məlumat verib.
O bildirib ki, hazırda xəstənin vəziyyəti stabil olaraq qiymətləndirilir:
“Xəsarət alan Zahid Niyazov 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib. Lakin, ailəsinin iltizamnaməsi əsasında o, paytaxtdakı özəl xəstəxanalardan birinə köçürülüb”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən mayın 3-də saat 12 radələrində Bakı şəhər sakini 17 yaşlı Xumar Babayeva Xətai rayonu ərazisindəki çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin ümumi istifadə olunan eyvanından özünü atması ilə bağlı məsələ araşdırılıb.
Bildirilib ki, ilkin araşdırmalarla X.Babayevanın intihar etməsinə səbəb imtahanda zəif nəticə göstərməsi olduğu müəyyən edilib.
Qeyd edək ki, hadisə ötən gün paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində qeydə alınıb. 11-ci sinif şagirdi 2005-ci il təvəllüdlü Xumar Babayeva özünü yaşadığı binanın 7-ci mərtəbəsindən ataraq intihar edib. Bir gün öncə Xumarın doğum günü olub. Hadisə zamanı qız aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üzərinə düşüb. Nəticədə o, ağır xəsarətlər alıb. Bakı Şəhər Baş Prokurorluğunda faktla bağlı araşdırmalar başlayıb.
http://baku.tv/embed/53783
(Oxu.Az)