“Distant təhsil proqramı keyfiyyət təminatı sistemindən keçməlidir” – NAZİR

“Distant təhsil proqramı keyfiyyət təminatı sistemindən keçməlidir” – NAZİR

Azərbaycanda hazırda keyfiyyət təminatı almış distant təhsil proqramı yoxdur. Bu istiqamətdə aidiyyəti qurumlarla və əsasən qanunvericilik bazasının formalaşması istiqamətində Milli Məclisin Elm və Təhsil Komitəsi ilə birgə işlər görülür.

 “İNFONEWS” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir qeyd edib ki, distant təhsil tədrisin yalnız formasıdır, orada verilən bilik və bacarığın diplomla tanınması üçün həmin proqram mütləq qaydada keyfiyyət təminatı sistemindən keçməlidir. Bu məsələ dünya miqyasında qəbul olunmuş standartlar çərçivəsində həll olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir