İrəvanda etirazçılarla polis arasında toqquşma olub
Ermənistan müxalifəti paytaxt İrəvanın küçələrində etiraz yürüşü keçirib.
İNFONEWS Ermənistan mətbuatına istinadən xəbər verir ki, etirazçılar parlament binasından Vazgen Sarkisyan küçəsindəki hökumət binaları kompleksinə eniblər.
Polis Xarici İşlər Nazirliyinin binasının girişi qarşısında etirazçıların yolunu bağlamağa çalışıb. Lakin nümayişçilər içəri keçərək Ədliyyə Nazirliyinin binasına tərəf qaçıblar. Bu vaxt asayiş keşikçiləri ilə etirazçılar arasında əlbəyaxa dava düşüb.
Daha sonra hərəkatın liderlərindən biri İşxan Saqatelyan nümayişçiləri küçəyə geri çəkilməyə çağırıb. Etirazçılar yenidən yolun hərəkət hissəsinə çıxıblar.
Mayın 2-də İrəvanda müxalifət qüvvələrinin təşkil etdiyi etiraz aksiyaları yenidən başlayıb. Etirazçılar hakimiyyətin istefasını tələb edirlər.
Əzizə Əliyeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır