Bakıda Azərbaycan-Aİ biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Aİ biznes forumu keçiriləcək

Mayın 17-də Bakıda Azərbaycan-Avropa İttifaqı biznes forumu keçiriləcək.

“İNFONEWS” xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko mətbuat konfransında bildirib.

Diplomatın dediyinə görə, biznes forumda Azərbaycanda fəaliyyət göstərən Avropa şirkətləri, habelə Azərbaycan-İtaliya Ticarət Palatası, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası kimi qurumlar iştirak edəcək.

Forum iştirakçıları Azərbaycan və Aİ arasında ticarət əməkdaşlığının gücləndirilməsi perspektivlərini müzakirə edəcəklər.

 

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir