Məktəbli qızı vuran kişiyə HÖKM OXUNDU

Məktəbli qızı vuran kişiyə HÖKM OXUNDU

“İNFONEWS” xəbər verir.

Fevralın 5-də Bakının Yasamal rayonu Şərifzadə küçəsində məktəbli qızı vuran şəxs barəsində hökm oxunub.

Yasamal Rayon Məhkəməsi 29 yaşlı Əhməd Hüseynovu Azərbaycan Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsi ilə təqsirli bilib, 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Araşdırma zamanı məlum olub ki, Əhməd Hüseynov İqtisad Universitetinin məzunudur və Şərifzadə küçəsində yaşayır. Həmin gün o, alış-veriş edərkən yüksək və nalayiq sözlər işlədib və qəfildən ona tərəf gedən 11-ci sinif şagirdinin üzünə yumruq vurub.
Qızın atası Musa Quliyev redaksiyaya üz tutaraq görüntüləri təqdim edib və iş rezonans doğurub. A.Hüseynov saxlanılıb, barəsində cinayət işi açılıb.

Məhkəmədə o, bunu televiziya proqramında gördüyü oxşar şəkildə zarafat edən insanları təqlid edərək etdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir