Türkiyənin paytaxtında Əhməd Cavadın heykəlinin açılışı olub

Türkiyənin paytaxtında Əhməd Cavadın heykəlinin açılışı olub

“İNFONEWS” xəbər verir.

Türkiyənin paytaxtı Ankarada Azərbaycanın görkəmli şairi Əhməd Cavadın heykəlinin açılışı olub.

Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi rəsmi “Twitter” səhifəsində paylaşım edib.

“Bu gün Türk Tarixi Muzeyi və Parkında Azərbaycanın istiqlal şairi Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib və onun xatirəsinə ucaldılmış heykəlin açılış mərasimi olub”, – deyə məlumatda bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir