Güclü külək yenicə təmirdən çıxan xəstəxananın damını UÇURUB

Güclü külək yenicə təmirdən çıxan xəstəxananın damını UÇURUB

Bakıda ötən gündən etibarən əsən güclü külək yenicə təmirdən çıxan xəstəxananın damını uçurub.

“İNFONEWS” -un əməkdaşlarının hadisə yerindən, yəni Bakı şəhəri Yasamal rayonu, Tağı Şahbazı küçəsi, 95 ünvanında yerləşən Uşaq Nevroloji Xəstəxanasından verdikləri məlumata görə, buraya dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Qeyd edək ki, hadisə yerində ətrafda yerləşən ağaclara və avtomobillərə ciddi ziyan dəyib. Xəsarət alan yoxdur.

Fariz Faiqoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir