UNEC SABAH magistları beynəlxalq platformada satış həyata keçirdi – YENİLİK

UNEC SABAH magistları beynəlxalq platformada satış həyata keçirdi – YENİLİK

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “SABAH” Magistraturasında elektron kommersiya ixtisaslaşması üzrə təhsil alan magistrantlara “E-ticarət” dərsi praktik nümunələrlə tədris olunub.

UNEC-dən “İNFONEWS” – a verilən məlumata görə, magistrantlar tədris prosesində əldə etdikləri bilik və bacarıqlar sayəsində “Amazon” və “eBay” platformalarında ilkin uğurlu satışlarını həyata keçiriblər.

Tədris müddətində magistrantlar üçün “Payoneer”, “Amazon”, “eBay”, “Alibaba”, “Azexport” kimi nəhəng onlayn alış-veriş platformalarında satıcı hesabları yaradılıb, eləcə də həmin platformalarda qeydiyyat, iş prinsipi real göstərilib. Həmçinin beynəlxalq yükdaşımaların təşkili, elektron ticarətin hüquqi tənzimlənməsi, elektron ticarətdə təhlükəsizliyin təmini, təchizatçılarla əlaqələrin qurulması, proseslərin avtomatlaşdırılması barədə mövzular tədris prosesində real keyslərlə təqdim olunub. Proqram çərçivəsində tədris aparan müəllimlər müvafiq sahədə dünyanın nüfuzlu universitetlərində tədris almış mütəxəssislərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir