Niderlandda “Birlikdə Güclüyük” Fondunun görüşü keçirilib
8 may 2022- ci il tarixində Niderland Krallığının Utrext şəhərində göstərən “Strichting TogetherStrong”- “Birlikdə Güclüyük” Fondunun təşkilatçılığı ilə idarə heyəti və Azərbaycan icmasının aktiv üzvlərinin görüşü keçirilib.
“İNFONEWS” – a verilən məlumata görə, görüşdə Fondunun həmsədri İlkanə Qoca bu günədək 8 mayın Şuşa həsrətinin simvolu olmasının artıq tarixə keşməsindən və bu gün Şuşanın azad olmasından danışıb. 22-23 aprel 2022- ci il tarixində xalqımızın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı haqqında, oradakı iştirakı barədə geniş məlumat verib və unulmayacaq təssüratlarını bölüşüb. Həmçinin Cənab Prezident İlham Əliyevin qurultaydakı çıxışı və bu çıxışı zamanı xaricdə yaşayan soydaşlarımızın yeni bir mərhələdə göstərəcəkləri fəaliyyətləri haqqında ismarıclarını toplantı iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycan dilinin, mədəniyyətinin, eləcə də milli dəyərlərimizi yaşatmaq və gələcək nəsillərə ötürmək istiqamətində atılacaq addımlar müzakirə edilib, fikir mübadiləsi aparılıb.
İlkanə Qoca işğaldan azad olunmuş ərazilərə, Şuşaya və Ağdama olan səfərindən, hazırda Qarabağda ən aktual olan mina problemləri haqqında iştirakçıları məlumatlandırıb.
Sonda Utrext əyalətində yaşayan azərbaycanlıların gələcək fəaliyyət planları müzakirə edilib, icma üzvlərinin fikirləri dinlənilib. İcma üzvlərinin istəkləri və arzularını nəzərə alaraq, tədbirlər planı hazırlanıb.