“AİLƏMİZİN XATİRƏLƏRİ” – Bibim Ulu öndəri kəklikotlu çaya dəvət etdi

“AİLƏMİZİN XATİRƏLƏRİ” – Bibim Ulu öndəri kəklikotlu çaya dəvət etdi

“İNFONEWS” təqdim edir.

Ulu öndər Heydər Əliyevlə bağlı ailəmizin istənilən üzvündən soruşsalar, hamımız üzümüzdə təbəssüm, böyük sevgi və ehtiramla məhz Şuşada baş vermiş və bu gün də hər birimizin telefonunda, kompüterində ən əziz foto, video olaraq saxlanılan xatirəni  danışacağıq.

Bu xatirəni mən də Sizlərlə paylaşmaq istədim.

Heydər Əliyev və tədbir iştirakçıları 1982-ci ildə Şuşada qarlı, soyuq havada Vaqifin məqbərəsinin açılışından piyada qayıdanda, bibimgilin evinin qarşısından keçəndə, rəhmətlik Maya bibim ona yaxınlaşıb, böyük sevgiylə evə dəvət edərək,  “soyuqdan gəlirsiz, qəşəng ətirli kəklikotlu çay dəmləmişəm, ondan bir stəkan için, sonra gedərsiniz…” – deyib. Ulu öndər özünə məxsus gülüşlə, mehribanlıqla, səmimiyyətlə deyib ki, “işimiz bu gün çoxdur, gələn dəfə mütləq o çaydan gəlib içərəm”.

Nə yaxşı ki, bu hadisəni dövlət televiziyası əbədiləşdirib.

Arzu Məmmədqızı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir