Şagirdlərin elektron yerdəyişmə prosesi davam edir

Şagirdlərin elektron yerdəyişmə prosesi davam edir

“İNFONEWS” xəbər verir.

Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların və I-VIII və X siniflərdə təhsil alan şagirdlərin elektron yerdəyişmə prosesi davam edir.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Xatırladaq ki, buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi aktiv edilməyib. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları nəzərə alınaraq martın 15-dən IX sinif şagirdlərinin yerdəyişməsi dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir