“İNFONEWS.AZ” xəbər verir.
Türkiyə və İraq İrandan qaz ixracının həcminin artırılmasını istəyir.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Milli Qaz Şirkətinin baş direktoru Məcid Çəngi deyib.
O bildirib ki, Türkiyə və İraqla qaz ixracatına dair müqavilənin müddətinin uzadılması barədə müzakirələr davam etdirilir: “Hər iki ölkə İrandan qaz ixracının həcmini artırmaq üçün müraciət edib. Mövcud imkanlara uyğun olaraq ixracat həcmini artırmağa çalışacağıq”.
O qeyd edib ki, hazırda bu məsələni müzakirə etmək üçün işçi qrupu yaradılıb.