“Görkəmli kitabxanaşünas-alim Rasim Kazımov – 90” – SƏRGİ
“İNFONEWS” xəbər verir.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli kitabxanaşünas-alim Rasim Kazımovun 90 illik yubileyinə həsr olunmuş sərgi təşkil edilib.
MEK- in məlumatına görə, sərgidə elmi xidmət biblioqrafiyasının təməlini qoyan görkəmli alimin müəllifi olduğu “Kitabxana işinin iqtisadiyyatı” kitabı, Abuzər Xələfovun “Azərbaycanda kitabxana işinin təşkili” əsəri, “Kitabxanaşünaslığa giriş” dərslikləri, “Kitabxanaşünaslıq və biblioqrafiya” elmi-nəzəri, metodik və təcrübi jurnalın sayları və digər nəşrlər yer alıb.
Xatırladaq ki, Rasim Kazımovun 1954-2007-ci illərdə nəşr olunan 245 ədəbiyyatdan ibarət şəxsi kolleksiyası alimin vəfatından sonra ailəsi tərəfindən MEK-ə hədiyyə edilib.
2017-ci ildə MEK tərəfindən Rasim Kazımovun həyatı, elmi və pedaqoji fəaliyyətini əks etdirən 12 cildlik biblioqrafik göstəricilər çap olunub və elektron formatı hazırlanıb.