Azərbaycan 33-cü Tehran Beynəlxalq Kitab SƏRGİSİNDƏ
“İNFONEWS” xəbər verir.
Azərbaycan İran İslam Respublikasında təşkil olunan 33-cü Tehran Beynəlxalq Kitab sərgisində təmsil olunur.
Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli ilə Tehran Beynəlxalq Kitab Sərgisinin vitse-prezidenti, İran Kitab və Ədəbiyyat Evinin direktoru Ali Ramezani arasında görüş təşkil olunub.
Nazirlikdən əldə edilən məlumata görə, görüşdə iki ölkə arasında kitab sənayesi və ədəbiyyat sahəsi üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub.
Bakı və Tehran beynəlxalq kitab sərgilərində qarşılıqlı fəaliyyət və nəşriyyat evlərinin təmsil olunması, kitab sənayesi sektoru üzrə əməkdaşlıq, ədəbiyyat sahəsində əlaqələrin genişləndirilməsi, Azərbaycan və İran yazarlarının əsərlərinin tərcümə mübadiləsi müzakirəyə çıxarılan əsas məsələlərdən olub.
33-cü Tehran Beynəlxalq Kitab Sərgisi mayın 21-dək davam edəcək.