Litva Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb
Litva Prezidenti Gitanas Nauseda mayın 18-də Azərbaycana rəsmi səfərə gələcək.
İNFONEWS xəbər verir ki, bu barədə Litva Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Bakıda Litva Prezidenti Gitanas Nausedanın Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşəcəyi gözlənilir.
Səfər zamanı iki ölkə arasında enerji və iqtisadiyyat sahəsində əməkdaşlığın, Qafqaz regionunda təhlükəsizliklə bağlı vəziyyətin, həmçinin Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın müzakirə olunacağı planlaşdırılır.
Bundan başqa, Gitanas Nauseda Litva-Azərbaycan biznes forumunda iştirak edəcək, Azərbaycanın Baş naziri Əli Əsədovla görüşəcək.
Azərbaycandan sonra Litva Prezidenti Ermənistana səfər edəcək.
Əzizə Əliyeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır