“Bu il Avropa İttifaqı ilə ticarət dövriyyəsi rekord səviyyəyə çatacaq” – NAZİR
“İNFONEWS” xəbər verir.
Bu il Avropa İttifaqı ilə ticarət dövriyyəsi rekord səviyyəyə çatacaq.
Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Avropa İttifaqı Biznes Forumunda deyib.
O bildirib ki, Avropa İttifaqı Azərbaycanda ən böyük investordur: “Belə ki, son 10 ildə Aİ-nin Azərbaycanda 700-dən çox şirkəti fəaliyyət göstərir. Ölkəyə qoyulan investisiya 20 milyard dollardan çoxdur”.