Sevdiyiniz kişinin sizə xəyanət etməyəcəyinin 7 ƏLAMƏTİ
“İNFONEWS” təqdim edir.
Bəzi qadınlar əmindirlər ki, hər üçüncü ər imkan tapan kimi arvadına xəyanət edir. Amma əksər psixoloqlar sübut etməyə çalışırlar ki, bir çox evli kişilərin xəyanət etmək heç ağlından belə keçmir.
Bir sözlə, bəzi kişilər məşuqənin olmasını, hər vasilə ilə onu arvaddan gizli saxlanmasını normal hesab edirsə, bir qrup kişilər isə bunun boş, mənasız işlər olduğunu sayır və xəyanətdən uzaq dururlar.
Beləliklə, həyat yoldaşına xəyanət etməyə cəsarəti çatmayan kişilərin 7 əlaməti ilə yaxından tanış olaq.
I – Əvvəlki sevgilisi zamanı kənarda münasibət qurmayanlar və əvvəlki münasibətlərini yada salmayanlar;
Birisi ilə ciddi münasibət qurursunuzsa, işə qəbul olanların yoxlanılması qədər, onun keçmişi haqqında məlumatlı olmaq vacibdir. Bu informasiyalar görüşdüyünüz insan barədə sizdə ilkin təsəvvür yaradacağına imkan verəcəkdir. Və əgər o, əvvəlki sevgilisindən yaxşılıqla ayrılıbsa, hazırda da onu görəndə normal yanaşırsa, bu yaxşılığa doğru bir əlamətdir və bir insanın sənə dəyər verəcəyinə işarədir. Belə əlamətləri olan kişilər vəfalı olurlar.
II – Öz münasibətlərini gizlətməyənlər;
Digər bir əhəmiyyətli əlamətə diqqət yetirək. Söhbət sizdən ictimai yerlərdə utanmayan və münasibətlərini gizlətməyə çalışmayan kişilərdən gedir. Dostları ilə tanış edən, işlədiyi ofisdə gözləməyinizi istəyən, ailəsi haqqında danışanlar. Bütün bunlar kavalerinizin sizə xəyanət etmək niyyətində olmamasının göstəricilərindəndir.
III – Maksimum dürüstlüyə üstünlük verənlər;
Yəni o, bəzən eşitmək istədiyiniz bir şeyi söyləmir. O, dürüstlüyə üstünlük verir ki, yalan danışmaqda heç bir məna görmür. Ümumiyyətlə, heç vaxt özünü şübhəli və qəribə aparmayan, hətta şəxsi suallara cavab verənlər heç vaxt xəyanətə meylli olmurlar. Həm də möhkəm ayaqda dayanan, qarşısındakının xasiyyətinin zəif və güclü tərəflərini bilən, həyatlarında məşuqəyə, sevgiliyə niyə yol verilməsini anlamırlar.
IV – Birgə gələcək planlarını quranlar;
Burdan belə bir sual çıxır ki, niyə kişi gələcək planlarını “ötəri münasibət” hesab etdiyi qadınla qurmalıdır? Əgər kişi arzularından danışanda sizi də orada qeyd edirsə, bu, ilk növbədə münasibətlərin yeni səviyyəyə çıxdığını göstərir. Deməli, qurduğu münasibət ciddidir.
V – Mühafizəkar olanlar;
Çox vaxt kişilər özlərini saxlaya bilmədiklərini bəhanə gətirərək, yeni, fərqli münasibətləri yoxlamaq, müqayisə üçün xəyanət etdiklərini səbəb gətirirlər. Amma psixoloqların araşdırmalarına görə, mühafizəkar vərdişləri olan kişilərin xəyanətdən uzaq olmaları aşkarlanıb.
VI – Münasibəti ilk tanışlıq dövründəki kimi davam edənlər;
Tanışlıqdan bir neçə müddət keçdikdən sonra əvvəlki ehtirasın yavaş-yavaş azalmırsa, hələ də onunla maraqlı saaatlar keçirisinizsə, məişət problemlərinin həllinə dəstək olursa, bu çox gözəl əlamətdir. Yəni siz onun üçün hələ də əziz və dəyərlisiniz ki, o, başqa yerdə məna axtarmır.
VII – Hər boş vaxtını sevdiyi xanımla keçirməyə can atanlar;
O, ürəyi istəyəndə gəlib-gedənlərdən, heç bir hesabat verməyi sevməyənlərdən deyilsə, deməli, bu, çox yaxşı əlamətdir. İşdən, məişətdən hər boş vaxtını sizinlə keçirməyi, səbəbsiz sürprizlər etməyi sevirsə, bu kişi xəyanət haqqında heç vaxt düşünməyəcəkdir.