Etibar Əliyev: “Sadəcə, anladığını sübuta yetirməli idin…”
Fizika üzrə Nobel mükafatı laureatı Petr Kapitsanın oğlu professor Sergey Kapitsa yazır: “Biz tələbələrdən nəyi tələb etməliyik – biliyi, yoxsa anlamağı. Bütün sistem anlamağı bacaran insanların tərbiyəsi üzərində qurulmalıdır. Bunun üçün müəllimlərdən yüksək səviyyə və müstəqil təfəkkür tələb olunur. Tələbə imtahana istədiyi kitabla gələ bilər, ancaq o həmin kitabda nə yazıldığını başa düşdüyünü göstərməlidir.
Bu gün fənlərarası tədqiqat çox mühümdür. Ancaq təəssüflər olsin ki, bir çox elmlər elə öyrədilir ki, insanlara elə gəlir, onlar artıq bunu bilirlər, ancaq onlar bunu başa düşmürlər. Bax, budur təhsilin qarşısında duran əsas məsələ. Təhsil – anlamaqdır. Bilik isə sənətdir.”
“İNFONEWS” xəbər verir ki, bu fikirlər millət vəkili Etibar Əliyevə məxsusdur.
“Universitetdə oxuduğumuz illərdə “Atom fizikası”nı bizə Lev Landaunun tələbəsi olmuş Rəhimi müəllim deyirdi. Əvəzsiz pedaqoq idi. Rəhimi müəllim də imtahan vaxtı dərslikdən istifadə etməyi qadağan etməmişdi. Sadəcə, anladığını sübuta yetirməli idin…” – deyə, Etibar Əliyev əlavə edib.