Güclü külək və leysan yağışı Göyçayda bir sıra FƏSAD TÖRƏDİB

Güclü külək və leysan yağışı Göyçayda bir sıra FƏSAD TÖRƏDİB

Ötən gecə qəflətən başlayan güclü külək və leysan yağışı Göyçay rayonunda bir sıra fəsadlar törədib.

“İNFONEWS” – un əldə etdiyi məlumata görə, güclü külək iri gövdəli ağacları evlərin üstünə aşırıb, elektrik xətlərini qırıb, avtomobil yoluna düşüb. Hadisə zamanı xəsarət alan olmasa da, vətəndaşlara ziyan dəyib, yollarda nəqliyyatın hərəkəti çətinləşib. 10 min voltluq dörd ədəd elektrik dirəyinin aşması nəticəsində 8 yaşayış məntəqəsinə enerjinin verilişi dayanıb.

Bu gün elektrik enerjisinin verilişi bərpa olunub. Digər fəsadların aradan qaldırılması, o cümlədən dəyən zərərin müəyyənləşdirilməsi üçün ərazilərə briqadalar cəlb edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir