Uşaq Kino Məktəbinə şagird qəbulu başlandı

Uşaq Kino Məktəbinə şagird qəbulu başlandı

Uşaq Kino Məktəbi “YENİ İSTEDADLAR AXTARIŞINDAYIQ!” devizi altında şagird qəbuluna başlayıb.

Bu barədə “İNFONEWS”-a Məktəbdən məlumat verilib.

Qeyd edilib ki, Uşaq Kino Məktəbinə şagird qəbulu başlayıb.

Elanı təqdim edirik:

Əziz valideynlər, övladınızı kinoda görmək və bununla fəxr etmək, eyni zamanda onun kino sahəsində maariflənməyini, asudə vaxtını daha səmərəli keçirməyini istəyirsinizsə, UŞAQ KİNO MƏKTƏBİ bunun üçün əla fürsətdir!

Bizimlə uşaqlar daha tez sosiallaşır və cəmiyyətə müxtəlif prizmalardan baxmağı öyrənirlər.

Azərbaycanda ilk uşaq kino məktəbi “QN Uşaq Kino Məktəbi” aşağıdakı istiqamətlər üzrə 8 yaşdan 16 yaşadək şagird qəbulunu elan edir:
• Kinorejissor
• Tarixi Film
• Film Tənqidçisi / Jurnalistika
• Operator işi / Fotoqrafiya
• Montaj
• Ssenari hazırlığı / rejissor ssenarisi
• Fəaliyyət bacarıqları
• Səhnə çıxışı / Səhnə hərəkəti

Kino Məktəbini müvəffəqiyyətlə keçmiş uşaqlar film, reklam və sosial layihələrdə iştirak edir, həmçinin milli və xarici kinofestivallarda iştirak edirlər.

Qeydiyyat və ətraflı məlumat üçün +99451 909 44 28 nömrəsinə müraciət edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir