Əli Abdullayev artıq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində işləmir
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin birinci müavini vəzifəsi ləğv olunduğu üçün bu vəzifəni icra edən Əli Abdullayev artıq nazirlikdə işləmir.
“İNFONEWS” verir ki, bunu nazirin müşaviri Rəşad Bayramov qeyd edib.
Əlavə olaraq qeyd edək ki, ölkə prezidentinin ötən gün imzaladığı sərəncamlara əsasən Fərid Əhmədov, Samir Məmmədov və Cavid Qurbanov Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin yeni müavinləri təyin ediliblər. İndiyədək isə bu vəzifələri Əli Abdullayev (birinci müavin), Rəhman Hümmətov və Rövşən Rüstəmov icra ediblər.