“Şuşa ədəbi mühiti” mövzusunda seminar keçirilib

“Şuşa ədəbi mühiti” mövzusunda seminar keçirilib

INFONEWS xəbər verir ki, “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən “Şuşa İli”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Şuşa ədəbi mühiti” mövzusunda seminar keçirilib. Silsilə tədbirlər gənclər arasında Şuşa şəhərinin qədim tarixi və zəngin maddi-mədəni irsi haqqında məlumatlılığın artırılması məqsədilə təşkil olunur.

Gənclər seminardan əvvəl Əlyazmalar İnstitutunda nümayiş olunan “Şuşa Qarabağın incisidir” adlı sərgidə iştirak ediblər. İştirakçılar sərgidə Əlyazmalar İnstitutunun Əlyazma və şəxsi arxivlər fondunda mühafizə olunan Şuşa ədəbi mühitinin yetirmələrinin əsərlərinin əlyazma nüsxə nümunələri və mədəniyyət paytaxtına aid tarixi əhəmiyyətə malik sənədlərlə tanış olublar.

Gənclərin maraqla qarşıladığı seminarda Qarabağ folkloru, Şuşanın poeziya nümunələrində əksi, Qarabağ ədəbi-mədəni mühitinin intibah dövrü, Şuşa ədəbi mühitinin ədəbiyyatımıza qazandırdığı simalar və başqa mövzular haqqında ətraflı məlumat verilib, gənclərin sualları cavablandırılıb. Qeyd edək ki, seminar filologiya üzrə elmlər doktoru, professor Raqub Kərimov, filologiya elmləri doktoru Paşa Kərimov və filologiya üzrə fəlsəfə doktoru və dosent Əzizağa Nəcəfov tərəfindən keçirilib.

Fariz Faiqoğlu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir