İNFONEWS AZƏRTAC -a istinadən xəbər verir.
Mingəçevirdə xüsusi karantin qaydalarını pozaraq Bakıya sərnişin daşımağa cəhd edən sürücülər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, sürücülər Mingəçevir şəhər sakinləri Fəqan Rəşidov və Məftun Əhmədov idarə etdikləri “Mercedes” markalı mikroavtobuslarla xüsusi karantin rejiminin qaydalarını pozaraq sərnişinləri Bakıya aparmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırma zamanı həmin şəxslərin müəyyən pul müqabilində sərnişinləri Bakı şəhərinə aparacaqlarına dair söz verdikləri məlum olub. Hər iki sürücü polis şöbəsinə dəvət edilib. Onlar barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.