Təhsil naziri Şuşadan uşaqları təbrik edib
Təhsil naziri Emin Əmrullayev 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları Şuşadan təbrik edib.
İNFONEWS nazirin təbrikinin mətnini təqdim edir:
“İlk növbədə bütün Azərbaycan uşaqlarını təbrik edirəm. Bu gün Şuşada olmaqdan, Azərbaycanın ən istedadlı uşaqları ilə birlikdə bu günü qeyd etməkdən çox qürur duyuruq. Eyni zamanda ətrafımda olan və igid oğulların bizə yadigar qoyduğu şəhid övladları ilə qürur duyuram. İstərdim ki, hər bir uşağın üzü gülər, gələcəyi xoşbəxt olsun. İnanıram ki, uşaqlar Azərbaycanın gələcəyidir və gələcəyimiz daha uğurlu olacaq. Bu istedadlı uşaqlar Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin edəcəklər. Qarabağ Azərbaycandır!”.
Əzizə Əliyeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır