Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANIB

Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.

İNFONEWS xəbər verir ki,ANAMA-dan verilən məlumata görə, mayın 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 546, tank əleyhinə 279 mina və 1 021 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 2 098,8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

2020-ci ilin noyabr ayının 10-dan bu ilin mayın 31-dək azad edilmiş ərazilərdə piyada əleyhinə 11 555, tank əleyhinə 5 723 mina və 16 041 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Eyni zamanda 11 666,9 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

 

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir