Zelenski: “Putin öz əmri ilə müharibəni dayandıra bilər”

Zelenski: “Putin öz əmri ilə müharibəni dayandıra bilər” 

Kremlin rəhbəri Vladimir Putin verdiyi bir əmrlə Ukraynadakı müharibəni bitirə bilər. Lakin hələ də belə bir sərəncam yoxdur.
INFONEWS xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.
Dövlət başçısı vurğulayıb ki, Putin belə bir əmr versə, müharibə hər an dayana bilər.

“Rusiya ordusu kilsələri yandırmağı, şəhərləri dağıtmağı, uşaqları öldürməyi dayandıra bilər. Əgər məhz o şəxs Moskvada sadəcə əmr versə… Və hələ də belə bir əmrin olmaması bütün dünya üçün açıq-aşkar təhqirdir”, – Zelenski bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir