Formula 1 Azərbaycan Qran Prisində birinci məşq sessiyası – sınaq yürüşü başa çatıb.- YENILƏNİB
2022-ci il Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində F1 pilotlarının birinci məşq sessiyasına start verilib.
INFONEWS-un məlumatına görə, məşq sessiyası 15:00-16:00 saatları arasında davam edib. Bu gün F1 pilotlarının 2-ci məşq sessiyası isə 18:00-19:00-da baş tutacaq.Bu gün start götürən Formula 1 Azərbaycan Qran Prisi iyunun 12-dək davam edəcək.
Qeyd edək ki, Bakı trekinin uzunluğu 6 kilometrdir. Trekdə 3 yüksəksürətli hissə, 20 döngə var, maksimal sürət isə 360 km/s təşkil edir. Yarışlarda 10 komanda iştirak edir. Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün 9 tribunada 16700 oturacaq quraşdırılıb.
Fariz Faiqoğlu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır