Bu gün ölkə məktəblərində “Son zəng” çalınacaq
“İNFONEWS” xəbər verir.
İyunun 14-də Azərbaycan məktəblərində “Son zəng” qeyd edilir.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunur. “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilər.
“Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək.