Paraüzgüçümüz dünya çempionatında növbəti medalını qazandı
Azərbaycan Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandasının üzvü, “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarının 3 qat qalibi Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən paraüzgüçülük üzrə dünya çempionatının gümüş medalını qazanıb.
“İNFONEWS” xəbər verir ki, o, 100 metrəyə “butterfly” üzmə növündə 58,41nəticə göstərib.
Qeyd edək ki, idmançımız bundan əvvəl yarışda arxasıüstə üzmə növündə də ikinci yeri tutub.