Bu il də növbəti uğur hekayənizin davamı olsun! – TƏBRİK EDİRİK!
Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elektron İdarəetmə Mərkəzinin “Texnoloji innovasiya və telekommunikasiya xidməti” şöbəsinin aparıcı proqramlaşdırıcı, KİS üzrə auditor, “İKT Qadınlar- Azərbaycan” İctimai Birliyinin təsisçisi və sədri, iqtisad elmləri üzrə fəlsəfə doktoru
OFELYA MAZANOVAnın
ad günüdür. “İNFONEWS” komandası olaraq, hər zaman yeniliklərə açıq, innovasiyalara can atan, ona müraciət edənlərə, tələbələrə, bütün akademik heyətə əməyini, vaxtını, enerjisini əsirgəmədən bir müəllim kimi yardım göstərən, gözəl xanım, nəcib ziyalımız, hörmətli Ofelya xanımın yeni yaşını təbrik edir, ona can sağlığı, firavan ömür, həm akademik və həm də yaradıcı fəaliyyətində, eləcə də gördüyü bütün işlərdə bolluca uğurlar arzulayırıq.
Ofelya xanım, “Ömür kitabı”nızın yeni açılacaq bu səhifəsi növbəti uğur hekayənizin davamı olsun!