Mədəniyyət işçiləri Milli Qurtuluş Günü ərəfəsində iməcilik keçiriblər
Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Kimyaçı Mədəniyyət Sarayında iməcilik keçirilib.
Təmizlik işlərinə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, idarənin kollektivi, müəssisə rəhbərləri və mədəniyyət işçiləri də qatılıb.
“İNFONEWS” -un əldə etdiyi məlumata görə, iməcilik zamanı təmizliklə yanaşı, ötən il əkilən ağaclara qulluq göstərilib, mədəniyyət evinin otaqları səliqəyə salınıb.
İdarənin digər bir sıra müəssislərində də iməcilik keçirilib.