“İNFONEWS.AZ” xəbər verir.
“Püşk qarşımıza yaxşı rəqib çıxardı”.
“İNFONEWS.AZ” un məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
40 yaşlı mütxəssis bildirib ki, İsrailin “Makkabi” (Təl-Əviv) klubu Azərbaycan futbol ictimaiyyətinə tanış rəqibdir: “Yaxın keçmişdə “Qarabağ”la Avropa Liqasının qrup mərhələsində də qarşılaşıblar. İsrailin ən güclü, üzdə olan klublarından biridir”.
Sadıqovun sözlərinə görə, Təl-Əviv təmsilçisi ilə matçlar maraqlı təcrübə olacaq: “Bütün gücümüzlə oyuna hazırlaşacağıq. Sonda uğur qazanıb, mərhələ keçən tərəf olmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları 21 – 28 iyulda olacaq.