İtkin düşən hindistanlı turistlə bağlı məlumat var – FHN

İtkin düşən hindistanlı turistlə bağlı məlumat var – FHN

Fövqəladə Hallar Nazirliyi (FHN) Zaqatalada itkin düşən hindistanlı turistin axtarışı barədə məlumat yayıb.

“İNFONEWS” – un Nazirlikdən əldə etdiyi məlumatına görə, 13 may 2022-ci il tarixində Zaqatala rayonu ərazisində itkin düşmüş Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Manikanth Kondaveetinin axtarışları davam etdirilir.

Hazırda vətəndaşın itkin düşdüyü ehtimal olunan marşrut üzrə mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə bir neçə istiqamətdə axtarış-xilasetmə tədbirləri Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin, Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qüvvələri və yerli əhali tərəfindən həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir