Bakıda bu yollarda tıxac var – MƏLUMAT

Bakıda bu yollarda tıxac var – MƏLUMAT

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarında son vəziyyəti açıqlayıb.

“İNFONEWS” -un əldə etdiyi məlumata görə, Bakıda sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:

1. Bakı-Sumqayıt şossesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər;

2. Moskva prospektində – Beynəlxalq Avtovağzalın qarşısından 20 yanvar dairəsinə qədər – əsas və kənar yol;

3. Rövşən Cəfərov küçəsində – 20 yanvar dairəsindən başlayaraq əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində”

4. Binəqədi şossesində – mərkəz – Azadlıq prospekti metro stansiyası istiqamətində;

5. Ziya Bünyadov prospektində – Böyükşor gölünün yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində;

6. Əsəd Əhmədov küçəsində, Dadaş Bünyadzadə küçəsi ilə kəsişmədən A.Şərifzadə küçəsi ilə kəsişməyədək Zərdabi prospekti istiqamətində;

7. Heydər Əliyev prospektində – Koroğlu metro stansiyasının qarşısından 5 saylı Asan xidmət mərkəzinin qarşısına qədər kənar yolda;

8. Koroğlu Rəhimov küçəsində, Təbriz küçəsi ilə kəsişmədən Ak.Həsən Əliyev küçəsi istiqamətində;

9. Gülarə Qədirbəyova küçəsində, Heydər Əliyev Mərkəzinin yanından Koroğlu Rəhimov küçəsi istiqamətində.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir