ANAMA əməkdaşı Cəbrayılda minaya DÜŞDÜ

ANAMA əməkdaşı Cəbrayılda minaya DÜŞDÜ

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı minaya düşüb.

“İNFONEWS” – a agentlikdən verilən məlumata görə, hadisə iyunun 17-də işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində baş verib.

ANAMA əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

“Hadisə tərəfimizdən araşdırılır. Araşdırmalar yekunlaşdıqdan sonra nəticə barədə ictimaiyyətə məlumat veriləcək”, – ANAMA-dan bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir