Teymur Rəcəbov Yan Kşiştov Duda ilə qarşılaşacaq – İddiaçılar turniri
İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində dördüncü turunun oyunları keçiriləcək
“İNFONEWS” xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov polşalı Yan Kşiştov Duda ilə mübarizə aparacaq.
Qeyd edək ki, şahmatçımız ötən turlarda 1 xal toplayıb və 7-ci sırada qərarlaşıb.
Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq.