“Qeyri-neft məhsullarının ixracı 31 faiz artıb” – NAZİR
İqtisadiyyatın şaxələndirilməsi tədbirləri nəticəsində qeyri-neft məhsullarının ixracındakı müsbət tendensiya davam edir.
“İNFONEWS” xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, bu ilin yanvar-may aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin müvafiq dövrünə nisbətən 30,9 faiz artaraq 1 milyard 188 milyon dollar təşkil edib.