İsveç terrorla mübarizə qanununu sərtləşdirəcək, terrorçuları Türkiyəyə təhvil verəcək

İsveç terrorla mübarizə qanununu sərtləşdirəcək, terrorçuları Türkiyəyə təhvil verəcək

İsveç iyulun 1-dən terror cinayətləri ilə bağlı qanunu sərtləşdirəcək.

İNFONEWS-un məlumatına görə, bu barədə Madriddə Türkiyə, İsveç və Finlandiya arasında imzalanan memorandumda deyilir.

Eyni zamanda İsveç və Finlandiya Türkiyənin terrorda şübhəli bilinən şəxslərin ekstradisiya tələblərini dəlil və kəşfiyyat məlumatlarına əsaslanaraq nəzərdən keçirəcəklərini vəd edib.

İsveç və Finlandiya Türkiyəyə PKK-nın hər hansı maliyyə yardımı edilməsini araşdıracaq və dayandıracağına söz verib.

 

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir