Qış parkının yaxınlığında yanğın baş verib

Qış parkının yaxınlığında yanğın baş verib

Bakı şəhəri, Nəsimi rayonu, Mirzəağa Əliyev küçəsində tikinti gedən binada yanğın baş verib.

“İNFONEWS”-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə,

İlkin olaraq yanğının baş verməsinə məişət tullantılarının səbəb olduğu qeyd edilir. Ərazinin yaxınlığında olan bir avtomobil tamamilə yanaraq yarasız vəziyyətə düşüb. Yanğından xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Yanğın tam söndürülüb. Hal-hazırda soyutma işləri aparılır. Ərazi qış parkının yaxınlığında yerləşir.

Fariz Vəliyev

“İNFONEWS”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir